Azərbaycana gələn maşından görün nələr çıxdı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gələn maşından görün nələr çıxdı - Foto

Hadisə

19 Oktyabr 2019 12:51 1223


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes-Benz E320” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Komitədən "Yeni Sabah"a daxil olan məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Avtomobilə gömrük baxışı zamanı minik maşınının arxa oturacağı ilə yük yerinin arasından və ehtiyat təkərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 48000 ədəd "Enigma", 107 ədəd "Tropic Fire", 20 ədəd "Mega Piratka" və 11 qutu "Strzelajace Diabeiki" adlı pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!