YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Azərbaycana gələn turistlərin sayı artıb

Azərbaycana gələn turistlərin sayı artıb

Turizm

08 İyun 2022 10:38 7832


Mayda ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb. 

Dövlət Turizm Agentliyindən (DTA) Yenisabah.az-a bildirilib ki, mayda ölkəyə 137 491 xarici vətəndaş gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 166 faiz artım qeydə alınıb.

Belə ki, 2021-ci ilin mayında ölkəyə 51 637 əcnəbi gəlmişdi.

Cari ilin yanvar-may aylarında isə ölkəyə gələn xarici vətəndaşların sayı 468 170 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 118 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 214 628 əcnəbi daxil olub.

Xarici vətəndaşların ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə Türkiyə (32 726), Rusiya (28 824), İran (16 139), Səudiyyə Ərəbistanı (8671) və Gürcüstan (6314) qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!