Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumillikdə 616 milyon 137 min dollar dəyərində 33 767 ədəd avtomobil idxal olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az araşdırma aparıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21.3% və ya 5 929 ədəd, dəyəri isə 22.6% və ya 113.5 milyon dollar artıb. Sezar pizza
2024-cü ilin müvafiq dövründə Azərbaycana 502 milyon 620 min dollar dəyərində 27 838 ədəd avtomobil idxal edilib.
Beləliklə, Azərbaycanın avtomobil idxalı bu ilin yanvar-aprel aylarında son 5 ilin maksimumuna çatıb. Ölkənin avtomobil idxalına çəkdiyi xərc isə son 5 ildə 2,5 dəfə artıb.
Telegram kanalımız