Azərbaycana idxal olunan qazın həcmi azalıb - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana idxal olunan qazın həcmi azalıb - Statistika

İqtisadiyyat

27 Yanvar 2026 10:45 395


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 252 milyon 168,36 min kubmetr təşkil edib.

"Yeni Sabah" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

İdxal olunan qazın dəyəri isə 39 milyon 150,76 min ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin 11 ayı ilə müqayisədə 2,1 dəfə azdır. pizza hut

Göstərilən həcmdə Türkmənistan qazının payı 35 milyon 221,03 min ABŞ dolları dəyərində 230 milyon 926,55 min kubmetr təşkil edib. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə kəmiyyət və dəyər ifadəsində 1,6 dəfə azalma olub.

Bundan əlavə, hesabat dövründə Rusiyadan 3 milyon 929,73 min ABŞ dolları dəyərində 21 milyon 241,81 min kubmetr qaz tədarük edilib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət və dəyər ifadəsində azalma 6,7 dəfə təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!