Azərbaycana kimin vasitəçiliyi sərf edir: Qərbin, yoxsa Rusiyanın?    

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana kimin vasitəçiliyi sərf edir: Qərbin, yoxsa Rusiyanın?    

Siyasət

29 Sentyabr 2022 09:46 1616


Azərbaycan-Ermənistan arasında danışıqlar prosesi həm ABŞ, həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir. Hazırda cəmiyyəti bir sual düşündürür: danışıqlar prosesində Rusiyanın, yoxsa Qərbin vasitəçiliyi Azərbaycanın maraqlarına daha uyğundur?

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri (BMDAM) Samir Hümbətov mövzuda danışıb: 

“Cənubi Qafqazla bağlı Qərb və Rusiya arasında ciddi mübarizə gedir. Bu mübarizə həm geosiyasi, həm də geostratejidir.  Sezar pizza

Qərbin özü də iki qrupa bölünüb: Fransa və  ABŞ-ın dəstəklədiyi bir qrup, Böyük Britaniya və Almaniyanın dəstəklədiyi digər qrup. ABŞ danışıqlar prosesində vasitəçilik etmək üçün Fransa ilə ittifaq formalaşdırmaq istəyir. Nensi Pelosinin İrəvana səfərinin arxasında da bu dayanır. ABŞ Cənubi Qafqazda təsir gücünü artırmaq istəyir.

Ukrayna ilə münaqişə Rusiyanın Cənubi Qafqazla maraqlanmasına imkan vermir. Türkiyə faktorunun olması Rusiyanın qabağını kəsən amillərdəndir. Türkiyə Rusiya ilə pərdə arxasında razılıq əldə edib. Rusiyanın mümkün qədər Azərbaycandan uzaq durması razılığına gəlinib. Rusiyanın son addımları bunu deməyə əsas verir.

Azərbaycan üçün Avropa İttifaqı vasitəçiliyi ilə sülhə nail olmaq daha karlıdır. Aİ Cənubi Qafqazda sülhün və enerji resurslarının Avropa bazarına daha rahat şəkildə çıxarılmasının təmin olunmasını istəyir. Rusiya Ukraynaya işğalçı əməliyyatlarından sonra demək olar ki, Avropa İttifaqı ilə 30 illik müqavilələri belə ləğv etdi.

Fransa və ABŞ atdığı son addımlarda birtərəflidir. Onlar münaqişənin tam şəkildə həll olunmasında maraqlı deyillər. Sadəcə olaraq münaqişəni inhisara almağa çalışırlar”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!