Azərbaycana qar yağdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana qar yağdı

Sosial

27 Sentyabr 2024 09:16 30540


Sentyabrın 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən xəbərə görə, əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki zonasında isə intensiv olub. Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 22 mm, Zaqatalada 21 mm, Qaxda (Sarıbaş) 15 mm, Lerik, Balakəndə 14 mm, Yardımlıda 13 mm, Qubada 12 mm, Qusarda 11 mm, Qəbələdə 10 mm, Xaçmaz, İsmayıllıda 9 mm, Ağdamda 8 mm, Qrız, Zərdab, Oğuzda 6 mm, Şabran, Göyçay, Şamaxıda 5 mm, Altıağac, Xaltan, Şahdağ, Göygöl, Gədəbəy, Yevlax, Mingəçevir, Kürdəmir, Daşkəsən, Qobustan, Gəncə, Şəmkir, Ağstafa, Ağsu, Tərtər, Bərdə, İmişli, Biləsuvarda 4 mm-dək olub. Dördpendirli pizza

Şərq küləyi arabir Culfada 21 m/s, Neftçala, Naftalanda 18 m/s-dək güclənib

Daşkəsən, Göygöl, Qusar, Qrız, Şahdağ, Göyçay, Şəmkir, Gədəbəy, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 28, Aran rayonlarında 29, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!