Azərbaycana qarşı həyasızlıq – “XİN bəyanat verməli, ardınca...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana qarşı həyasızlıq – “XİN bəyanat verməli, ardınca...”

Siyasət

12 Mart 2023 10:38 3764


“Ermənistan Azərbaycanla razılaşdırmadan, heç bir saziş imzalamadan ərazimizə - Qarabağa qaz ötürür”.

“Yeni Sabah” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bu məsələnin təcili həll edilməsinin önəminə diqqət çəkib: pizza hut

“Ermənistan saytları xəbər yayıblar ki, Azərbaycan Ermənistandan Qarabağa ötürülən qazı yenə “kəsib”. Bu məsələyə birdəfəlik son qoymaq lazımdır. Ermənistandan Qarabağa çəkilən boru xətti də, ötürülən qaz da Azərbaycan qanunlarına, o cümlədən beynəlxalq hüquqa ziddir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu səpkidə bəyanat yaymasına ehtiyac var ki, kimsə bizi ittiham etməsin.

Boru xətti işğal dövründə çəkilib və Ermənistan Azərbaycanla razılaşdırmadan, heç bir saziş imzalamadan ərazimizə qaz ötürür. Azərbaycanda qaz mərkəzləşdirilmiş şəkildə paylanılır. Qarabağ ermənilərinə başa salmalıyıq ki, qazın istifadəsini Azərbaycan qanunlarına uyğunlaşdırmaq lazımdır, əks halda, Ermənistandan qanunsuz qaz ala bilməyəcəklər.

Bu deyilənlər Ermənistandan Qarabağa ötürülən digər qanunsuz kommunikasiya xətlərinə də aiddir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!