“Baş verənlər göstərdi ki, kənardan çoxsaylı təcavüzkar dəstək mesajlarının da Azərbaycanın imkanları qarşısında əhəmiyyəti yoxdur və buna görə də ötən gün Ermənistanda Təhlükəsizlik Şurasının iclasında Baş nazir Paşinyan sülh danışıqlarına bu qədər həvəsli görünüb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Azərbaycanla dərhal sülh sazişi danışıqlarına başlamaq haqqında fikrin münasibət bildirib: pizza sifarişi
“Fərrux kəndi ətrafında baş verən hadisələrlə bağlı rəsmi İrəvan Bakıya qarşı yeni bir informasiya savaşı açmış, xeyli sayda dəstəkçi də toplaya bilmişdi. Lakin nəticə etibarı ilə Azərbaycanın iradəsi təmin olundu və Ermənistan bir daha çarəsizliyinin fərqinə vardı. Habelə ötən gün Ermənistanın 4 ədəd müasir “SU-30” təyyarəsini Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə etmək üçün Rusiyaya verməsi barədə səhih xəbərlər yayıldı. Bu, əslində Ermənistanın köməyindən çox, Rusiyanın tələbinin sözsüz icrası idi. Silahın və texnikanın əsl sahibi kimi Rusiya göstərdi ki, əvəzsiz olaraq Ermənistana verdiyi hərbi vasitələri istənilən zaman geri almaq hüququnu özündə saxlayır”.
Bəhruz Məhərrəmov vurğulayıb ki, sirr deyil ki, Ermənistanın hərbi arsenalı Rusiyanın hesabına mövcuddur və indi Paşinyan hakimiyyətinə bir daha aydın olub ki, bu vəziyyətdə Azərbaycana qarşı revanş xəyalına düşmək intihar deməkdir:
“Üstəlik 44 günlük müharibədən sonra Fərrux hadisələri də Azərbaycan ordusunun döyüş ruhunu, ermənilərin isə miskinliyini göstərdi və İrəvan artıq sülhdən başqa çarənin qalmadığına daha çox əmin olmağa başlayır.
Ermənistan onsuz da əvvəldən bilirdi ki, Prezident İlham Əliyevin məqsədi bölgədə sülh, sabitlik, əməkdaşlıq və inkişafdır və bu ideyalardan da ən çox faydalananlardan biri elə dalana dirənmiş ermənilər ola bilər. Lakin təcavüzkar ideologiya onlara sonacan ağılla düşünməyə imkan vermirdi. İndi isə artıq ermənilərin nə düşünməyə, nə də mübarizəyə imkanı və gücləri var.
Əslində, istədiyimiz elə bir an öncə beynəlxalq hüquqa uyğun olaraq bölgədə sülhə nail olmaq, sərhədlərin delimitasiya və demarkasiya prosesini başa çatdırıb normal münasibətlərə start verməkdir. Lakin ermənilər etimad limitini başa vurduğu üçün təklifdənsə, əməli addımları atmağa başlasa, məsələn, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə, bu, İrəvan tərəfindən sülhə xidmət edən təqdirəlayiq addım olar”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız