Azərbaycana qarşı təxribatçı həmlə - Brüssel razılaşmadı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana qarşı təxribatçı həmlə - Brüssel razılaşmadı

Siyasət

06 Aprel 2023 00:20 4635


“Avropa İttifaqının (Aİ) mülki missiyası Ermənistanın arzularını reallaşdırmır”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, İrəvan Aİ-nin yarı hərbi missiyasını Azərbaycanla sərhəddə - Zəngəzur istiqamətində yerləşdirməklə prosesi lehinə çevirməyi planlaşdırmışdı: pizza mizza

“Nikol Paşinyan missiyanın Azərbaycan əleyhinə hesabat hazırlayacağını, Brüsselin Bakıya təzyiq edəcəyini gözləyirdi. Amma Brüssel İrəvanın bu ümidini doğrultmadı. Azərbaycan Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə nəzarəti bərpa edərək, İrəvanın Avropa İttifaqından gözləntilərinə son qoydu. Ümumiyyətlə, Brüssel Bakı ilə münasibətlərinin kəskinləşməsində maraqlı deyil.

Missiyanın tərkibindəki Fransanın destruktiv mövqeyi İrəvanı “cəsarət”ləndirmişdi.

Avropa İttifaqının missiyası Azərbaycanla şərti sərhəddən bir neçə kilometr aralıda müşahidə aparır. Bu da Avropa İttifaqının tərəflər arasındakı problemlərin bir hissəsi olmamaq istəyindən irəli gəlir.

Brüssel iki dövlət arasında vasitəçi olmaqda maraqlıdırsa, obyektiv mövqe tutmalı və beynəlxalq hüququ əsas götürməlidir”.

Məhəmməd Əsədullazadə KTMT hərbçilərinin sərhəddə yerləşdirilməsi ehtimalına da toxunub:

“Ermənistan Avropa İttifaqının onun arzusunu reallaşdırmadığına görə, KTMT hərbçilərinin sərhəddə yerləşdirilməsi məsələsini gündəmə gətirmək istədi. Amma iki stulda oturmağa çalışan Paşinyanın bu iki qurumu anti-Azərbaycan siyasətinə daxil etmək səyləri heç bir nəticə vermir. Bu da İrəvanın sülh müqaviləsində maraqlı olmadığını göstərir.

KTMT hərbçilərinin sərhəddə yerləşməsi, Avropa İttifaqı ilə Ermənistan arasında münasibətləri kəskinləşdirəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!