Azərbaycana turist axını 30 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana turist axını 30 faiz artıb

Turizm

08 Oktyabr 2024 18:20 15185


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 963 min 361 xarici vətəndaş səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur. Marqarita pizza

Təkcə sentyabrda isə ölkəyə 235 329 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 22 % çoxdur.

Ötən ay Azərbaycana ən çox turist 62 591 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (38 661 nəfər), üçüncü yerdə isə Hindistan (19 957 nəfər) qərarlaşıb.

Bu dövrdə İrandan 17,7 min, Gürcüstandan 10,8 min, Pakistandan 7,8 min, Qazaxıstandan 7,3 min, Səudiyyə Ərəbistandan 6,9 min, Çindən 6,1 min, Birləşmiş Ərəb Əmirliklərindən 4,3 min, Özbəkistandan 4,2 min, İsraildən 3,4 min, Ukraynadan 3,4 min, Türkmənistandan 3 min, ABŞ-dən 2,6 min turist gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!