Azərbaycana turist axını 5 dəfədən çox azaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana turist axını 5 dəfədən çox azaldı

Turizm

25 May 2021 13:29 1468


Bu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 5,8 dəfə azalaraq 162,8 min nəfər olub.

Bu barədə Yenisabah.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ölkə vətəndaşlarının 42,4 %-i Türkiyəyə, 22,1 %-i Rusiya Federasiyasına, 9,4 %-i Gürcüstana, 6,9 %-i İrana, 19,2 %-i digər ölkələrə səfər edib. pizza sifarişi

Gedənlərin 75,4 %-ni kişilər, 24,6 %-ni qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə, Gürcüstana gedənlərin sayı 18,3 dəfə, Rusiyaya gedənlərin sayı 5,4 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,3 dəfə azalıb.

2021-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6 %-i hava, 25,1 %-i dəmir yolu və avtomobil, 6,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!