Azərbaycanda 100-lə başlayan nömrələr yalnız bu avtomobillərə verilir - Yol polisindən   AÇIQLAMA + FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 100-lə başlayan nömrələr yalnız bu avtomobillərə verilir - Yol polisindən AÇIQLAMA + FOTO

Avto

04 May 2021 18:42 8228


Sosial şəbəkələrdə 100 kodu ilə başlayan avtomobil qeydiyyat nişanlarının verilməsi barədə fotoşəkillər və məlumatlar paylaşılıb. Bildirilir ki, artıq yol polisi tərəfindən nəqliyyat vasitələrinə 10, 90 və 99-la yanaşı 100 kodu ilə də qeydiyyat nişanları verilir. 

Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 100 kodu ilə əvvəllər də qeydiyyat nişanları verilib. Lakin bu kodla başlayan qeydiyyat nişanları yalnız diplomatik korpuslara məxsus nəqliyyat vasitələrinə verilir. Qeydiyyat nişanında əks olunmuş "FK" hərfləri isə "fəxri konsul" mənasını daşıyır. Vətəndaşlar  hələlik bu qeydiyyat nişanlarını adi avtomobillər üçün əldə edə bilməzlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!