Azərbaycanda 100 minə yaxın sürücü cərimə olunub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 100 minə yaxın sürücü cərimə olunub

Avto

03 İyul 2019 06:26 1092


“2019-cu il yanvarın 1-dən iyunun 30-na kimi avtomobilini texniki baxışdan keçirmədiyinə görə 96666 sürücüyə elektron protokol tərtib olunub”. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev məlumat verib. 

Rüfət Quliyev bildirib ki, hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır. “İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarəetməyə görə sürücülər 50 manat miqdarında cərimə olunur. Hər-hansı sürücü inzibati məsuliyyətə cəlb olunduqdan sonra 20 gün müddətində avtomobili texniki baxışdan keçirməzsə yenidən inzibati məsuliyyətə cəlb olunacaq. Sürücülər avtomobillərinin texniki baxışdan keçmə vaxtını elekton kabinetlərindən əldə edə bilərlər”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!