Azərbaycanda 11 mindən çox şəxs bu xəstəliyə yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 11 mindən çox şəxs bu xəstəliyə yoluxub

Sağlamlıq

09 Fevral 2026 11:02 601


“Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək, 11554 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 70%-i kişilər, 30%-i isə qadınlardır: “Xüsusilə vurğulamaq istərdim ki, İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir. İnsan İmmunçatışmazlığı Virusuna (İİV) qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir. Dördpendirli pizza

Ölkədə 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus müalicə proqramı çərçivəsində hazırda on mindən çox İİV-lə yaşayan şəxs daimi nəzarət və müalicə altındadır. İİV-lə yaşayan şəxslərə tətbiq edilən antiretrovrial müalicə infeksiyanın inkişafının qarşısını almaqla yanaşı, yoluxduruculuğun azalmasına da səbəb olur, belə ki, müalicədə olan İİV-lə yaşayanlarda virusun səviyyəsi qanda müəyyən olunmayan səviyyəyədək endiyi üçün İİV-in yoluxmuş şəxslərdən başqalarına ötürülmə riski minimuma enir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!