Azərbaycanda 15 yaşlı qıza toy ediblər? - AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 15 yaşlı qıza toy ediblər? - AÇIQLAMA 

Sosial

24 İyul 2022 12:26 1001


Sabirabadda 15 yaşlı qıza toy mərasimi keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

İddia edilir ki, toy mərasimi 22.07.2022-ci il tarixində “Cavad” şadlıq sarayında olub. pizza hut

Bəyin rayonun Yeniləkənd kəndindən olduğu, qızın isə adının isə Şüsriyyə olduğu deyilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a açıqlamasında keçirilən məclislə bağlı məlumatlı olduqlarını deyiblər:

“Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunub. Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!