Azərbaycanda 17 nəfərdə “donuz qripi” virusu aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 17 nəfərdə “donuz qripi” virusu aşkarlanıb

Sağlamlıq

19 Fevral 2019 14:39 1075


Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı bildirib.

“Qış mövsümü hələ davam etdiyi üçün qripə yoluxmaların olması gözləniləndir. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qrip virusu ilə bağlı vəziyyət yaxından izlənilir. Simptomları olan insanların bir qismindən alınan qan nümunələrində qrip virusunun olub-olmamasına baxılır və bu barədə hər həftə "Flunet"ə (qriplə bağlı vəziyyəti müşahidə edən qlobal sistem) məlumat ötürülür. Bu məlumatlar www.who.int/flunet ünvanından əldə edilə bilər. Azərbaycanda bu ilin 4 və 5-ci həftələrində 17 nəfərdə A tipli qrip xəstəliyi aşkar edilib. Bu, gözləniləndən artıq deyil”,- Hande Harmancı qeyd edib. pizza hut

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!