Azərbaycanda 3 günlük körpəni küçəyə atdılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 3 günlük körpəni küçəyə atdılar

Sağlamlıq

29 Noyabr 2019 07:31 1122


Şirvanda küçədə 3 günlük körpə tapılıb.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 28-də saat 18 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18/2 ünvanının qarşısında baş verib.

Belə ki, rayon sakini C.Abbdullayev küçədə bələnmiş vəziyyətdə qız uşağının tapması barədə Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat verib. Pepperoni pizza

Körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təhvil verilib.

Həkimlərlərin ilkin olaraq bildirdiyinə görə, həmin uşaq 2-3 gün əvvəl dünyaya gəlib.

Hazırda uşağın səhhəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır, uşağın ora kim tərəfindən atıldığı və onun valideynləri müəyyənləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!