Azərbaycanda 3 yeni peşə bayramı təsis edildi - SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 3 yeni peşə bayramı təsis edildi - SƏRƏNCAM

Sosial

24 Sentyabr 2024 14:27 1550


Azərbaycanda üç dövlət qurumunun əməkdaşlarının peşə bayramı günü təsis edilib.

“Yeni Sabah”ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!