Azərbaycanda 3150 manatdan avtomobillər satışa çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 3150 manatdan avtomobillər satışa çıxarılır

Avto

08 Mart 2025 13:10 2361


Naxçıvan Dövlət Universiteti, ləğv olunmuş Babək, Şahbuz, Kəngərli, Ordubad rayon baytarlıq şöbələri, eləcə də ləğv olunmuş “Naxçıvan Duz İstehsalı” Müəssisəsinə məxsus bir sıra avtomobillər satışa çıxarılır.

Siyahıda səkkiz nəqliyyat vasitəsi yer alıb. Hərrac Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 17 aprel 2025-ci il tarixində keçiriləcək.

Satışa çıxarılan nəqliyyat vasitələrinin start qiymətləri 3150 manatdan başlayaraq 5400 manatadək dəyişir. pizza sifarişi

Sifarişlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!