Azərbaycanda 55 nəfər qızılcaya yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 55 nəfər qızılcaya yoluxub

Sağlamlıq

31 Yanvar 2019 19:50 995


Ötən il noyabr ayının sonlarından Azərbaycanda qızılcaya yoluxma halları qeydə alınmağa başlayıb və hazırda xəstəlik hallarının qeydiyyatı davam edir. 

“Ümumilikdə, dekabr ayı ərzində 55 yoluxma hadisəsi təsdiq olunub”.

"Yeni Sabah" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva "Report"a açıqlamasında deyib. Sezar pizza

Onun sözlərinə görə, xəstəlik halları, əsasən, 20-40 yaşlı və vaxtilə peyvənd olunmamış vətəndaşlar arasında baş verir: "Bu hal uşaqlar arasında çox az sayda qeydə alınıb. Xəstəliyin böyük hissəsi, yəni 90-93%-i Bakının payına düşür. Əslində, araşdırdıqda yoluxan insanların peyvənd olunmadığı ortaya çıxır. Yəni vaxtilə peyvənd etdirməyiblər”.

A.Əliyeva bildirib ki, ölkədə uşaqların qızılca və məxmərək əleyhinə peyvənd olunması üçün kifayət qədər vaksin var: “Təqvimə uyğun olaraq, həmin peyvəndlər uşaqlara vurulur. Müxtəlif səbəblərdən indiyə qədər peyvənd vurulmayan əhalinin yaşlı təbəqəsinin vaksinasiyası üçün əlavə tədbirlər görüləcək. Nazirlik bu məqsədlə 160 min vaksin alınmasını sifariş verib. Həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır və vaksinlər vətəndaşlara poliklinikalarda pulsuz vurulacaq. Bu vaksinlər Hindistan istehsalıdır və olduqca təhlükəsizdir”.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!