Azərbaycanda 5G texnologiyası tətbiq olunur? - Nazirlikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 5G texnologiyası tətbiq olunur? - Nazirlikdən açıqlama

Rəqəmsal

27 İyun 2020 18:46 1687


“COVID-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya istifadəçiləri super sürətli və kəsintisiz internetlə təmin edir. pizza mizza

Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

Bildirlib ki, Azərbaycan Respublikasında 5G texnologiyası tətbiq olunmur. 

Sadəcə bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!