Bir neçə dəqiqə əvvəl Azərbaycanda zəlzələ baş verib.
“Yeni Sabah” xəbər verir ki, Bakıda əksər ərazilərdə zəlzələnin təkanları hiss olunub. Bundan başqa ölkənin Aran, Qarabağ və qərb zonasında da zəlzələ baş verib. Təkanlar təxminən 20 saniyə davam edib.
***
Beynəlxalq seysmologiya mərkəzləri Azərbaycanda 5.1 maqnituda, 10 km dərinlikdə zəlzələ baş verdiyini açıqlayıblar. Zəlzələnin mərkəzi kimi Bakı, Şamaxı və Xızı göstərilib.
***
Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı ilkin məlumatlara əsasən yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunmuşdur.
Telegram kanalımız