Azərbaycanda 7 canavar kəndə hücum etdi –   Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 7 canavar kəndə hücum etdi – Video

Hadisə

03 Noyabr 2019 09:20 3547


Quba və Qusar rayonlarında dağ kəndlərinə qar yağıb.

Yenisabah.az xəbər verir ki, Qubanın dağ kəndləri olan Xınalıq, Qrız, Xaltan və Qonaqkənd kəndlərinə qar yağıb. 

Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 14 santimetr, temperatur 10 C°, Xaltan kəndində dağlarda 4 santimetr təşkil edir, temperatur da kəskin dəyişməyib. Qonaqkənd qəsəbəsinə isə az miqdarda qar yağıb. 

Həmçinin, Qusarın Ləzə kəndinə də qar yağıb. Qarın hündürlüyü 10 santimetr, temperatur 10 C° təşkil edib. Pepperoni pizza

Qardan sonra Qubanın Xınalıq kəndinə 7 canavar hücum edib, ancaq kənd camaatı ayıq-sayıq olub. Sabaha kimi kəndin içində olan canavarlar sakinlərdən heç nə apara bilməyib. 

Sakinlərdən biri deyir ki, gecə 7 canavar evlərin yanından əl çəkməyib. Bu hal axşam yağan qardan sonra baş verib. “Tüfənglə vurmağa da qorxuruq ki, cərimə yazılar. Özümüz də çölə çıxa bilmirik. Sabaha kimi kəndin içində olan canavarlar hava açılan kimi getdilər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!