Azərbaycanda 8 minə satılan konyakı kimlər alır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 8 minə satılan konyakı kimlər alır?

Xalqın səsi

23 İyul 2019 19:19 1984


İqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə maraqlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o “Kontinental” supermarketə su almaq üçün girdiyini deyib.

Bu zaman təsadüfən qiyməti 7900 manat olan 1 şüşə konyak görüb: “Fikirləşdim ki, qiyməti 15 aylıq orta əmək haqqına bərabər olan bu içkinin alıcıları kim ola bilər? Amma sonra düşündüm ki, yəqin 2,5 milyon manatlıq saatı olanların içkisi də bu qiymətdə olur. pizza mizza

Məlumat üçün qeyd edim ki, Courvoisier L'Essence Cognac Yaponiyanın Osaka şəhərində yerləşən Suntory Holdinqə məxsusdur, Fransanın Charente regionunun Jarnac şəhərində istehsal olunur. Bu ilin iyun ayına bu konyakın dünya bazarında orta qiyməti $2,620 USD dollar olub, göründüyü kimi Bakıdakı qiymət qlobal orta qiymətdən 2 dəfəyədək yuxarıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!