Azərbaycanda 84 ilin avtomobili görənləri heyran edir - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 84 ilin avtomobili görənləri heyran edir - Video

Avto

20 Fevral 2022 15:54 3904


Xarici görünüşü əla vəziyyətdə, salonu səliqəli, mühərriki isə saat kimi işləyir...

Görənləri heyran edən bu avtomobil, nə az nə çox, düz 1938-ci ilin istehsalıdır.

Yenisabah.az xəbər verir ki, avtomobili göz bəbəyi kimi qoruyub saxlayan Teymur Məmmədov deyir ki, retro avtomobil 1970-ci ildən Sumqayıtdadır. Ona isə bu maşını yaxını hədiyyə edib. Marqarita pizza

Sahibi deyir ki, bu avtomobili adətən klip çəkilişlərində və toylarda gəlin gətirmək üçün istifadə edirlər. "Mercedes" markalı bu retro avtomobil 2,4 litr həcmli mühərrikə sahib olmaqla, 85 at gücünə malikdir.

Əslən Qubadlı rayonundan olan Teymur Məmmədovun bu retro avtomobillə bağlı arzuları da var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!