Azərbaycanda 882 saxta əsginas tədavüldən çıxarılıb - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 882 saxta əsginas tədavüldən çıxarılıb - RƏSMİ

İqtisadiyyat

05 İyun 2025 10:53 402


2024-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizəni, onun hüquq mühafizə orqanları ilə koordinasiyasını diqqət mərkəzində saxlayıb, 882 saxta pul nişanını tədavüldən çıxarıb.

Yenisabah.az xəbər verir ki, ötən il milli valyutada 379 ədəd (32 611 manat), xarici valyutada isə 503 ədəd saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib.

İl ərzində əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə AMB-nin Bakıda və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib, vətəndaşlardan 155,2 min ədəd (6,7 milyon manat) pul nişanı qəbul edilərək dəyişdirilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!