Azərbaycanda 92 markalı benzinlə bağlı problem –   İddia + Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 92 markalı benzinlə bağlı problem – İddia + Video

Avto

27 Oktyabr 2019 16:18 3327


Avtomobil sürücülərinin bəziləri yanacaqdoldurma məntəqələrindən aldıqları Aİ-92 markalı benzindən şikayət edirlər.

“Yeni Sabah” Xezerxeber.az-a istinadən bildirir ki, benzin mühərrikin normal işləməsinə imkan vermir, avtomobil idarə edərkən iyi gəlir və sərfiyyat hər zamankından artıqdır.

Sözügedən faktı ustalar da təsdiqləyir . Avtomobil ustalarının sözlərinə görə, bela hallarda mühərrikdə bütün detallar işləyir, amma avtomobilin normal işləməsini təmin etmək olmur. Toyuqlu pizza

Avtomobil ustası Sahil Ağabəyli müvəqqəti həll variantı kimi Aİ-95 markalı yanacaqdan istifadə etməyi tövsiyə edir.

Məsələ ilə bağlı SOCAR-ın Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov isə bildirib ki, hazırda ölkəmizə Aİ-92 markalı benzin xaricdən idxal edilir və beynəlxalq standartlara tam cavab verir. Odur ki, iddialar əsassızdır. O da bildirilib ki, aparılan yenidənqurma işlərinin son mərhələsi olduğundan noyabrın 4- dən etibarən ölkəmizdə yenidən bu növ benzinin istehsalına başlanılacaq. Hətta bu tarixin 3-4 gün tezləşməsi də ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!