Azərbaycanda ailəli qadın oğurlanıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ailəli qadın oğurlanıb

Hadisə

26 Sentyabr 2019 06:40 828


Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının evindən oğurlandığı məlum olub.

“Yeni Sabah” Baku.ws-ə istinadən bildirir ki, bu barədə qadının yaxınları danışıb. Belə ki, Gəncə şəhəri, Kəpəz rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova 4 gün əvvəl evdən oğurlanıb və onun taleyi məlum deyil.

Belə ki, sentyabrın 21-də axşam saatlarında Ramin Hüseynov işdən evə qayıdanda həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb. Həmçinin Mətbəxin qapısının şüşəsi də sındırılıb. pizza sifarişi

Evdən oğurlanan qadını hamı sakit və namuslu insan kimi xarakterizə edir. Yaxınları üç uşaq anası olan Vüsalənin taleyindən narahatırlar və əlaqədar qurumlardan bu işin açılması üçün əllərindən gələni etmələrini xahiş edirlər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!