Azərbaycanda 5 qadın restoranda zəhərləndi: Vəziyyətləri ağırdır -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 5 qadın restoranda zəhərləndi: Vəziyyətləri ağırdır - YENİLƏNDİ

Hadisə

08 Aprel 2026 10:50 620


Şirvan şəhərində restoranda zəhərlənən şəxslərin son durumu açıqlanıb. 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından “Yeni Sabah”a bildirilib ki, aprelin 7-də saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. pizza

Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Aytac Əliyeva

***

09:59

Şirvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

“Yeni Sabah” Oxu.Az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən restoranlardan birində baş verib.

Belə ki, həmin iaşə obyektində qidalanan altı nəfərin zəhərlənmə səbəbi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti nəzarət altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!