Azərbaycanda avtomobil nömrələri ilə bağlı YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda avtomobil nömrələri ilə bağlı YENİLİK

Avto

20 Noyabr 2025 16:10 3782


Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.

Bu barədə “Yeni Sabah”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir: pizza

"Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!