Azərbaycanda avtomobil qaçıranlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda avtomobil qaçıranlar tutuldu

Kriminal

17 Dekabr 2025 23:16 571


Biləsuvar şəhəri ərazisində axşam saatlarında yolun kənarında saxlanılmış "Vaz 21074" markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması barədə polisə məlumat daxil olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Abbaslı və İ.Məmiyev saxlanılıblar.

Məlum olub ki, həmin şəxslər avtomobilin qapısının açıq, açarının isə üzərində olmasından istifadə edərək nəqliyyat vasitəsini qaçırıblar. Dominos pizza

Avtomobil tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!