Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO

Sosial

11 Mart 2026 00:48 1090


"Məndən başqa 86 nəfər də aldadılıb". "19 min manata yaxın pul ödədim, ortada nə maşın var nə pul".

"Yeni Sabah" Xəzər TV-yə istinadən xəbər verir ki, son bir il ərzində onlarla belə şikayət işıqlandırılıb.

Fərqli şirkətlər və fərqli şəxslər olsa da, eyni vədlərlə aldadılan insanların sayı xeyli artıb. Nəzərə alsaq ki, xaricdən avtomobil sifariş etmək əksər hallarda daxili bazardan daha ucuz başa gəlir, bu səbəbdən belə xidmətlərə tələbat da yüksəkdir. pizza

Bəs vətəndaşlar aldadılmamaq üçün nə etməlidirlər?

Mütəxəssislərin sözlərinə görə, belə halların qarşısını almaq üçün ilk növbədə alış-verişin rəsmi qaydada həyata keçirilməsi vacibdir.

Onlar bildirirlər ki, müqavilə bağlanmadan pul verilməməli, şirkətin rəsmi qeydiyyatı yoxlanılmalı, ödənişlər bank köçürməsi ilə həyata keçirilməli və müvafiq qəbz tələb olunmalıdır. Bundan əlavə, avtomobil sifarişi zamanı ödənişin 100 faiz əvvəlcədən edilməməsi də tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!