Azərbaycanda avtomobillərin texniki baxışı ləğv olunur?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda avtomobillərin texniki baxışı ləğv olunur?

Avto

04 Mart 2024 13:59 53437


“Azərbaycanda avtomobillərə texniki baxışın ləğv edilməsinin zamanı gəlməyib”.

KONKRET.az-a açıqlamasında bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı Rusiya Dövlət Duması tərəfindən qonşu ölkədə məcburi texniki baxışın ləğv olunması qərarını şərh edərkən söyləyib.

O, öz mövqeyini ölkəmizdəki avtomobil parkının böyük hissəsinin köhnə maşınlardan ibarət olması və sürücülərin əksəriyyətinin məsuliyyətsizliyi ilə izah edib. Marqarita pizza

“İnanın ki, əgər məcburi texniki baxış ləğv edilərsə, əksər sürücülər avtomobillərə qulluq edilməsini kənara qoyacaqlar. Sürücülərin əksəriyyəti yalnız məcburi texniki baxış ərəfəsində maşınlarının sıradan çıxmış hissələrini təmir etdirirlər”.

Ekspert hesab edir ki, məcburi texniki baxış ölkədə avtomobil parkının tam yenilənməsindən sonra ləğv oluna bilər:

“Azərbaycanda “Avtomobillərin utilizasiyası haqqında” qərar yeni qəbul edilib. Utilizasiya prosesinin həyata keçirilməsində məcburi texniki baxış böyük rol oynayacaq”.

Qeyd edək ki, ötən ilin sonunda Rusiyada qəbul olunan qanuna əsasən, avtomobillərin məcburi texniki baxışı ləğv edilib. Məcburi texniki baxış ancaq avtomobilin sahibi dəyişdiyi, o da ki maşın yeni olmadıqda tətbiq ediləcək.

Azərbaycanda isə yaşı dörd ildən yuxarı olan avtomobillər üçün texniki baxış məcburidir. Avtomobilin istehsalından 10 il keçdikdən sonra texniki baxışdan iki ildə bir, sonra isə hər il keçmək lazımdır. Bundan əlavə, 2021-ci ilin noyabrından Azərbaycanda avtomobilin mühərrikinin həcmindən asılı olaraq texniki baxışdan keçməyə görə dövlət rüsumunun həcmi artırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Dima
    Burda nə var ki.ekspert ölkədə vəziyyəti yaxşı bilir, amma həqiqəti deməkdən çəkinir yəqin ki.
    2 years ago
  • Adil
    Tex.baxiş oldu olmadı, hamı bir uzaq yol çıxanda, onsuzda ustada onu yoxladir. Heç kəs canından bezmiyibki, qəzalı vəziyyətdə maşinini idarə etsin. Ən azından o onu yarı yolda saxliyar.
    2 years ago
  • Əli
    Onsuzda Azərbaycanda texniki baxışı traynoy pul müqabilində eləyirlər güya avtomobilin sazlıqını kim yoxlayır ləğv olunsa daha məqsədə uyğun olardı
    2 years ago
  • Asif
    Elməddin nağıl danışır. Ekspert demək istəyir ki, 83-ün 06-sı texniki baxışdan özü keçir? Cəfəngiyyatdır. Texniki olaraq mümkün deyil ay Elməddim eks pert.
    2 years ago
  • Mammadov Tahir Mayıl
    Guya indi texniki baxışdan keçənlər təmizdi. Elə maşlnlar çıxır yola deyirsən indi töküləcək
    2 years ago
  • Qedir
    Elmədin məllim yanlış danışır köynə aftambillər hec texniki baxışa girmir əlavə pul verib kecirlər buda giblərə axan pulların yolunu acır rüşvətə aparır texniki baxış mənasız bir şeydi inkişaf etmiş ölkələrdə texniki baxışa maşın girəndə sahibin icəri buraxmırlar əgər tələblərə cavab vermirsə sahibinə çek yazıb maşınıda utlzasiyaya yola salırlar bunu Elmədin məllimə catdırın
    2 years ago
  • Həzrətqulu Əhmədov
    Rusiya hökümətinin AVTOMOBİLLƏRİN TEXNİKİ BAXIŞININ LƏQVİ barədəki qərarı zamanı yetişmiş, bütün digər MDB dövlətləri üçün də əhəmiyyətli hesab oluna biləcək bir qərardır. Çünki, elə Quba rayonunun 200- dək 100 km- lərlə uzaqlıqda olan kəndlərində yaşayan avtomobil sahibləri də 100+100=200 kilometrə kimi uzaq məsafəni Xaçmaz - Bakı yoluna hər il gəkib qayıdarkən hər il xeyki DÖVLƏT RÜSUMU və XİDMƏT haqqlarını, bahalı yanacaq və sürtkü materislları, bahalı ehtiyat hissə xərclərini ödəmək və bütün günü itirməklə əziyyət çəkirlər. Elə sürücülər var ki, yanacaq sürtkü materialı və ehtiyat hissələrini almaqa pul tapmadıqına görə ildə cəmi 200 km yürüş edə bilmirlər. Maşını çarəsiz bir xəstə insanı və ya heyvanı müalicəxanaya çatdırmaq, otunu, odununu gətirməkdən ötrü istifadə edə bilir. Bir də son zamanlar yollardakı kameralar və nəzarətçilərin cərimə rüsumlarının artmı qorxusundan kəndlərdəki bir çox sürücülər ancaq zəruri hallarda avtomaşınlarından istifadə edirlər. Ona görə TEXNİKİ BAXIŞLARIN ƏVVƏLLƏR OLDUQU KİMİ İNDİ DƏ OLSA LƏQV OLUNANA KİMİ HƏR BİR RAYONUN DÖVLƏT AVTOMOBİL MÜFƏTTİŞLİYİNDƏ KEÇİRİLMƏSİ FAYDALI OLAR. Heç olmasa sərnişin və yükdaşımaların maya dəyərinin qismən də olsa azaldılmasına köməklik edər. Bu barədə yəqin ki, yaxın zamanlarda MİLKİ MƏCLUSDƏ DƏ MÜƏYYƏN MÜZAKİRƏLƏRƏ BAŞLANAR.
    2 years ago
  • Nazim
    Avtomobillərin texniki baxışı yalnız və yalnız pul yığılmasına xidmət edir. Texniki baxış zamanı tələb olunan məbləği ödədikdən sonra heç nəyə baxmırlar. Maşının texniki baxışdan keçirilməsi haqqında informasiyanı sistemə otuzdururlar...
    2 years ago
  • İslam
    Dövlətimiz bu məsələni ciddi nəzarətə götürməlidir Texniki baxış və ulturizasiya sırf pul yığmağdan ötəridir maşınlara və yeni maşınlar bu proqramların heç bir aidiyyatı yoxdur ləğv olunsa daha yaxşıdır.gömrük ciddi nəzarətə götürülməlidir maşınların gətirilməsinə tədbiq edilən rüsumlar kəllə çarxa çıxıb ləğv edilmədirki insanlar yeni maşınlar sürsünlər ümumiyyətlə bütün nazirlikləri DTX nəzarətə ciddi nəzarətə götürməlidir.
    2 years ago
  • Fazil
    Bu ekspert deyəsən bilmirki maşında problem varsa - rüşvət verib yazdırırlar texniki baxışı
    2 years ago