Azərbaycanda baş redaktor həbs edildi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda baş redaktor həbs edildi 

Kriminal

03 İyun 2024 11:03 726


Əvvəllər məhkum olunan baş redaktor həbs edilib. 

Yenisabah.az xəbər verir ki, Biləsuvar rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən “Kanal-1” internet televiziyasının rəhbəri Arzu Orucov polis əməkdaşları tərəfindən tutulub. 

Əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 1984-cü il təvəllüdlü A.Orucov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.  pizza sifarişi

Müvafiq qərarla A.Orucov barəsində həbs qərarı qəbul edilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

A.Orucovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Məlumatı DİN Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!