Sumqayıtda ölüm hadisəsi baş verib.
"Yeni Sabah" "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərin BTZ bağları ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Babayev Mirayaz Məhərrəm oğlu həyət evində iş görərkən daş hasar onun üzərinə aşıb. O, aldığı ağır bədən xəsarətlərindən ölüb. Sezar pizza
Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız