Oğuz rayon sakini dağlıq-meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Xal-Xal kənd inzibati ərazisinin yaxınlığındakı dağlıq-meşəlik sahəsində baş verib.
Rayon sakini, 1960-cı il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev meşəlik ərazinin şabalıd ağacları olan sahəsində ağac budayan zaman iri budaq onun üzərinə düşüb. X. Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Dominos pizza
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır. /APA
Telegram kanalımız