Azərbaycanda beş idarə ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda beş idarə ləğv olundu

Sosial

06 Fevral 2026 18:34 5407


Azərbaycanda beş idarə ləğv olunduğunu elan edib.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bunlar Neftçala Melioservis İdarəsi və Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi, Ucar Melioservis İdarəsi, Yevlax Melioservis İdarəsi və Bərdə Melioservis İdarəsidir.

Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin rəisi Nizami Nəsirovdur. İdarənin hazırda dövlətə 93285.84 manat borcu vardır. Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və rəisi Ramis İsmayılovdur. Yevlax Melioservis İdarəsi 1999-cu ildə yaradılıb, rəisi Cəsarət Zülüyevdir. Bərdə Melioservis İdarəsi 2002-ci ildə yaradılıb, rəisi Nüsrət Məmmədovdur. İdarənin hazırda dövlətə 8532.45 manat borcu vardır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!