Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) müxtəlif illərdə bir qrup şəxsi “Həmkarlar ittifaqında xidmətlərinə görə” döş nişanı ilə təltif edib. Həmin şəxslərə döş nişanı verilməklə yanaşı aylıq müavinət də (ömürlük) ayrılıb. Son dövrlərdə müavinətin məbləği 172 manat olub. Vəsait hər ay təltif olunan şəxslərin kart hesablarına köçürülüb.
Lakin konfederasiya bu ilin fevral ayında müavinətin dayandırılması barədə qərar qəbul edib. Təqaüdü alan şəxslərə isə əvvəlcədən bununla bağlı heç bir məlumat verilməyib. Eyni zamanda, ömürlük təyin olunan müavinətin hansı əsaslarla kəsildiyi açıqlanmayıb. Onlar sadəcə ayın sonunda kartlarını yoxlayan zaman balanslarına pulun köçmədiyini görüblər. Səbəbini araşdıranda isə onlara müavinətin kəsildiyi deyilib.
Məsələ ilə bağlı AHİK-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, müavinətin kəsilməsi qanunvericilikdə edilən dəyişikliklə əlaqədardır: pizza mizza
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əvvəlki illərdə “Həmkarlar ittifaqında xidmətə görə” medalı təsis edilib və bu medalla təltif olunmuş şəxslərə aylıq müavinətin ödənilməsi nəzərdə tutulub.
Lakin sonrakı dövrdə qanunverici orqan tərəfindən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən, orden və medal vətəndaşlara xüsusi xidmətlərə görə verilən dövlət təltifi hesab olunub, sözügedən Qanundan başqa digər normativ hüquqi aktlarda “orden” və ya “medal” ifadələrindən istifadə edilməklə hər hansı təltif növünün təsis edilməsi qadağan edilib.
Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq, “Həmkarlar ittifaqında xidmətə görə” medalının təsis olunması haqqında Əsasnamə ləğv edilərək təltif olunmuş şəxslərə müavinətlərin ödənilməsi dayandırılıb”.
Nazim Hacıyev
Telegram kanalımız