Azərbaycanda bu avtomobil sahiblərinə   PİS XƏBƏR: 6 gündən sonra...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu avtomobil sahiblərinə PİS XƏBƏR: 6 gündən sonra...

Avto

26 Yanvar 2024 23:39 45443


Fevralın 1-dən etibarən sürücülər avtomobillərini texniki baxışdan keçirən zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyəcəklər.

Ekspertlər bildirir ki, utilizasiya haqqında qanun ölkədə avtomobil parkının yenilənməsi üçün nəzərdə tutulub.

Bəs utilizasiya qaydaları tam olaraq necə tətbiq olunacaq? Vətəndaşlar ödənişləri hansı formada və hara etməlidirlər? pizza hut

Mövzu ilə bağlı Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev Referans.az-a açıqlama verib.

“Ölkəmizdə qeydə alınan yol-nəqliyyat hadisələrinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biri də qəzada iştirak edən nəqliyyat vasitələrinin köhnəlmiş, texniki təhlükəsizlik baxımından yararsız olmasıdır. Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, eləcə də ekoloji vəziyyətini yaxşılaşdırması məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələrinin ölkədən çıxarılması üçün nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb və tətbiqi istiqamətində əməli işlər görülüb. Utilizasiya məbləği və ödənilmə dövriliyi Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək”.

Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov isə bildirib ki, utilizasiya ödənişlərinin forması və hara ediləcəyi hələlik tam olaraq dəqiqləşməsə də, qaydalar artıq müəyyənləşib. 

“Utilizasiya üsulları artıq müəyyən edilib. İstehsal ili 10 ilə qədər olan avtomobillərə 10 manat, 10 ildən artıq olanlar üçün 20 manat və bu qaydada məbləğ artmağa davam edir. Bu texniki rüsumdan əlavə olaraq onun üzərinə gəlir. Utilizasiya qaydalarının formalaşması bu qaydadadır. Artıq fevralın 1-dən etibarən nəqliyyat vasitələri texniki baxışdan keçirilib”.

Ekspert fikirlərinə bunları da əlavə edib: “Böyük ehtimal, utilizasiya ilə bağlı ayrı bir bank hesabı olacaq. Yaradılmış bu bank hesabı vasitəsilə vətəndaşlar ödənişləri rahatlıqla edə biləcəklər. Daxili İşlər Nazirliyinin qeydiyyat-imtahan şöbələrində bu mərhələnin keçrilməsi nəzərdə tutulub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İbrahim
    Bu ne deməydi milləti qırmağa fikrindəsiz zatən güc başlayan dolanırıq əlavə rüsum ne ilim yeni avtomobil normal qiymət eləsinlər gömrük hakki götürülsun millətdə yeni maşın alsın il ildə millətin başına oyun acirsiz
    2 years ago
  • Hüseyn
    Çox gözəl təklifdir əla. Gömrük rüsumları aşağı salınsın, ölkəyə köhnə ili 7 ildən yuxarı olan avtomobillərin gətirilməsi qadağan olunsun.
    2 years ago
  • Salam
    Çoxdan gözlənilən qərar idi. Bəlkə bundan sonra avtoşluq edən rus maşınlarının qiyməti düşə.
    2 years ago
  • Mais m.
    "Ayı"nın min oyunu var... bir armudun başında...
    2 years ago
  • Şakir Məmmədov
    Bu vətəndaşın cibinə girməkdir vəssalam bunun başqa adı yoxdur.
    2 years ago
  • Seymur
    Elebir vaxt olacag azerbycanda avtomobil isdifDe eden olmayacag
    2 years ago
  • Valeh
    Bu maşnları alıb yerine güzeştli kiriditle maşın versinlerde demirlerki minumum emey hakı 340manatdı maşınıda elesinlerde minumum aylıgı 240manat köhne aftabil qeza yaratmırey 1200satdıgınız sürcülük vesiqeleri yaradır xalqın puluyla utilzasiya olur?köhne maşınları eritmeye heç zavot yoxdu bizde görükde pul almayın ili teze sürsünde xalq
    2 years ago
  • Rufət
    Avtoparki yeniləmək istəyirlərsə gömrük rusumlarin endirsinlər
    2 years ago
  • Rufət
    Avtoparki yeniləmək istəyirlərsə gömrük rusumlarin endirsinlər.
    2 years ago
  • Ferman
    camaatin basina oyun acilar avropa kohne masinlara pul oduyurki tezelesinler. bizde amma camaatdan pul alirlar. sonrada adini qanun qoyular. cox mentiqsiz qanundu bu. gene olan hecne kasiba olur. bunlarin isi ancaq haram pul yemekdi.
    2 years ago
  • Fəxrəddin
    Milləti soymağın yeni bir yolu.Bu pullar hara gedəcək və necə xərcləməlidir heç kim bilmir.Gömrük rüsumu ləğv edilsə millət özünə yeni avtomobillər alar .
    2 years ago