Azərbaycanda bu avtomobillərin qiyməti yenə BAHALAŞIB

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu avtomobillərin qiyməti yenə BAHALAŞIB

Avto

19 Sentyabr 2024 19:17 4993


Avtomobil bazarında ardıcıl 3 ay qiymət azalmalarından sonra yenidən artım qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a İqtisadi və Sosial İnkişaf Mərkəzidən (CESD) məlumat verilib.

Bildirilib ki, elektriklə işləyən və hibrib avtomobillərinin qiymətlərində artımlar qeydə alınmaqdadır. Bu həmin avtomobillərə tələbin yüksəlməsi ilə bağlıdır. Həmin avtomobillərin qiyməti 4.3 faiz yüksəlib. pizza hut

Aİ-95 markalı benzindən istifadə edən avtomobillərə tələbin yenidən artması müşahidə olunub və həmin avtomobillərin qiyməti 2.6 faiz yüksəlib.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycana 387 milyon 875 min dollar dəyərində 13 min 504 ədəd hibrid avtomobil idxal olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!