Azərbaycanda bu bank depozit faizlərini azaltdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu bank depozit faizlərini azaltdı

İqtisadiyyat

27 May 2025 10:19 560


“Unibank” depozit faizlərini yenə azaldıb.

“Yeni Sabah” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bank müddətli əmanət faizlərini 0,75%-dək azaldıb. 

“Unibank” müddətli əmanətlər üzrə maksimal gəlirliyi 12%-dən 11,5%-ə endirib. Bu, 18 ay müddətinə yerləşdirilən depozitlərə şamil edilir.  pizza hut

Bank 6 aylıq əmanətlər üzrə faizləri 11%-dən 10,25%-ə, 12 aylıq əmanətlər üzrə faizləri 11,5%-dən 11%-ə endirib. 3 və 24 aylıq əmanətlər üzrə isə təklif edilən gəlir dəyişməyib. Müvafiq olaraq 9% və 10,5% təşkil edib.  

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır. Bankın səhmlərinin əsas hissəsi- 94,08%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara aiddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!