Azərbaycanda bu domen adlarının qeydiyyatı qadağan olundu – Baş nazirdən qərar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu domen adlarının qeydiyyatı qadağan olundu – Baş nazirdən qərar

Siyasət

01 Mart 2019 14:14 2317


Baş nazir Novruz Məmmədov “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nı və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nı təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, qaydalarda “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi ilə bağlı hüquqi prosedurlar öz əksini tapıb. Qaydalar üzrə domen adlarının qeydiyyatı, qeydiyyatdan imtina edilməsi, qeydiyyat müddətinin uzadılması ilə bağlı istehlakçıların atmalı olduğu addımlar müəyyən olunub.

Bunlarla bərabər hansı domen adlarından istifaadənin yolverilməzliyi də qeyd edilib. Belə ki, Domen adının seçilməsi zamanı Azərbaycan Respublikasına aid coğrafi adlardan (rayon, şəhər, bölgə, dağ, çay, qoruq və s.), özünün, varislərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan görkəmli və tanınmış şəxsiyyətlərin soyadlarından, adlarından, təxəllüslərindən və bunlardan yaranan ifadələrdən, onların müxtəlif dillərə tərcümə edilmiş formalarından istifadəyə yol verilmir. Belə domen adlarının qeydiyyatı həmin şəxslərin, onların varislərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırıldıqdan sonra qeydiyyata alınır. Sezar pizza

İctimai qaydaya, mənəviyyata və ya əxlaqi normalara zidd, insan ləyaqətini alçaldan, milli ədavəti qızışdıran, dini dəyərləri təhqir və təhrif edən, qəddarlığı, zorakılığı və qanunla qadağan edilən digər hərəkətləri müdafiə edən söz və ya ifadələrin domen adında istifadəsinin qarşısının alınması məqsədi ilə sahə üzrə beynəlxalq təcrübə və Nazirliyin rəyi nəzərə alınmaqla, Milli inzibatçı tərəfindən “Stop-list” siyahısı müəyyən olunur.

Domen adında ictimai qaydaya, mənəviyyata və ya əxlaqi normalara zidd, insan ləyaqətini alçaldan, milli ədavəti qızışdıran, dini dəyərləri təhqir və təhrif edən, zorakılığı və qanunla qadağan edilən digər hərəkətləri ifadə edən söz və ya ifadələrdən, onların qısaldılmış və ya müxtəlif dillərə tərcümə edilmiş formalarından istifadəyə yol verilmir. Belə hallar olduqda Qeydiyyatçı domen adının qeydiyyata alınmasından imtina etmək və ya qeydiyyatı ləğv etməklə yanaşı, müvafiq domen adının “Stop-list” siyahısına daxil edilməsi məqsədi ilə Milli inzibatçıya bildiriş göndərir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!