Dizel yanacağı ilə işləyən avtomobillərə maraq nisbətən azalıb. Azərbaycanda Aİ-92 benzininin və dizel yanacağının qiymətinin dəyişməsi və bu iki yanacaq növü arasındakı qiymət fərqinin azalması dizel ilə işləyən avtomobillərin alış sayının əvvəlki aylara nisbətən azalmasına səbəb olub.
Hazırda avtomobil bazarındakı vəziyyətlə bağlı daha ətraflı Yenisabah.az-a danışan maşın satışı üzrə realtor Asif Qasımov bildirib ki, sözügedən tendensiya təxminən 1 aydır ki, davam edir. Onun sözlərinə görə, istər paytaxt, istərsə də digər şəhər və rayonlarda yerləşən avtomobil bazarlarında da bənzər vəziyyət müşahidə olunmaqdadır:
“Nümunəni elə özümdən çəkim. İllərdir sırf dizel maşınların satışı ilə məşğulam. Bu növ maşınlara tələbat həmişə çox idi. Çünki dizelin qiyməti benzinə nisbətən ucuz və sərfəliydi. Məsələn, may və iyunda, 2 ay ərzində 10-dan çox maşın satmışam. Hamısı da dizel. İyul da pis keçmədi. Düzdü, taksi məsələsi ilə bağlı bazara çoxlu “Prius” və “Honda” çıxardılar. Amma yenə də “Mersedes”, “Opel” və “Renault” kimi markaların dizel maşınları yaxşı satılırdı”. Marqarita pizza
Realtor payıza doğru dizel maşınlarına tələbin arta biləcəyini deyib:
“Avqustda isə tələbat kəskin azaldı. Artıq ayın 3 həftəsi keçib. Bizim dilimizlə desək, 6 dəfə bazar olub. Bu ay ərzində hələki cəmi 1 maşın sata bilmişəm. Digər satıcılar da eyni vəziyyətdədir. Dizelin qiyməti 20 qəpik qalxandan sonra artıq insanlar üçün “ekanom”luğu itib. Bəlkə də payıza doğru canlanma olacaq, amma inanmıram ki, əvvəlki satışlar olsun. Hətta satış olsa belə tələbat azaldığı üçün qiymətlərdə ucuzlaşma qaçılmaz olacaq. Belə getsə benzin və hibrid maşınlara yönəlməli olacağıq. Görək, ümid edirik ki, yaxşı olacaq”.
Nazim Hacıyev
Telegram kanalımız