Azərbaycanda bu maşınların qiyməti ucuzlaşıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu maşınların qiyməti ucuzlaşıb

Avto

31 İyul 2019 14:07 1857


Azərbaycanın maşın bazarında uzun müddət durğunluqdan sonra müəyyən aktivlik müşahidə olunur.

“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

Expert bildirib ki, adətən maşın bazarında yay aylarında alıcılıq qabiliyyəti artır. Hazırda insanlar əsasən mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük verirlər: Dominos pizza

“Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərə tələbat çox aşağıdır. Bu baxımdan, bu avtomobillərin qiymətində hətta 5-10 faiz civarında qiymət azalması da müşahidə olunur. Kiçik mühərrik həcimli avtomobillərin qiymətində isə sabitlik müşahidə olunur.

Son 3-4 il ərzində Azərbaycanda kiçik mühərrikli avtomobillərin qiymət artımına səbəb olan ən böyük amil taksi şirkətlərinin intensiv sürətdə artması idi. Avtomobili olmayanlar da avtomobil alıb taksi şirkətlərinə qoşulmağa başladı və bu da avtomobillərin qiymət artımına səbəb oldu. Hazırda isə taksi bazarı artıq dolub, demək olar ki, yeniləri açılmır. Taksi fəaliyyəti ilə məşğul ola biləcək potensialda olan insanların 90 faizi artıq bu işlə məşğuldur, hamının maşını var. Ona görə də avtomobillərin qiymətində müəyyən sabitlik yaranıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!