Azərbaycanda bu nazirlik ləğv ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu nazirlik ləğv ediləcək

İqtisadiyyat

19 Mart 2019 23:42 8834


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yenə müsabiqə-yarış təşkil edir  Bu dəfə Dronlar üzrə Olimpiada keçirəcək. 

“Yeni Sabah” xəbər verir ki, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz nazirliyin belə bir müsabiqə keçirməsinin anlaşılmaz olduğunu deyib. O, bildirib ki, bir-iki ay bundan öncə dronların gətirilməsi və istifadəsi üçün elektron formada müraciət və icazənin verilməsi səlahiyyəti NRYTN-ə verilib: “Mövcud qanunvericiliyə görə dronların gətirilməsi üçün xüsusi icazə tələb olunur və NRYTN bunu daha 3 nəhəng dövlət qurumu ilə, DTX, MN və XDMX ilə razılaşdırmalıdır. 

Anlaşılmazlıq ordadır ki , NRYTN bir yandan istifadəni məhdudlaşdırır, digər tərəfdən də bu istiqamətdə keçirilən müsabiqəyə təşkilatçılıq edir”. Dominos pizza

O. Gündüz bildirib ki, müşahidələr göstərir ki, NRYTN tənzimləyici fuksiyalardan xeyli uzaqlaşıb, daha çox kommersiyaya və adi, primitiv və imitasiya xarakterli tədbirlərə və müsabiqələrə üstünlük verir: “Ciddi məsələlər, tənzimləmə tələb edən məsələlər, hazırlanmalı olan qaydalar qalıb bir kənarda. Strateji Yol Xəritəsinə görə 2020-ci ildə İKT sektorunda tənzimləyici funksiyanı reallaşdırmaq üçün NRYTN -in ləğv edilməsi və müstəqil tənzimləyici qurumun – Milli Telekommunikasiya Şurasının yaradılması gözlənilir.

Amma bunun üçün indidən hazırlıqlar görülməlidir.  Beynəlxaq təcrübə öyrənilməli və yerli qanunvericilik buna hazırlanmalıdır. 

Bu istiqamətdə hansı işlərin görüldüyü haqqında hələlik ciddi mesajlar yoxdur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!