Azərbaycanda bu nəqliyyat vasitələrinin yol vergisində dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu nəqliyyat vasitələrinin yol vergisində dəyişiklik edildi

Avto

05 Sentyabr 2023 19:50 4045


Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək: pizza hut

- avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;

- oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

- avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;

- avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;

- Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!