Azərbaycanda son 1 həftə ərzində (11-17 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Həmin müddətdə infeksiyaya 229 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 132 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 832 809 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 263 nəfər müalicə olunaraq sağalıb, hazırda 225 aktiv xəstə var. Bu günə qədər 10 321 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 729, bu günə qədər isə ümumən 7 684 217 test icra olunub.
Eyni zamanda, ölkədə son həftə ərzində 282 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.
Telegram kanalımız