Təkrar keçiriləcək imtahana   qeydiyyat başladı

saytların hazırlanması

Evə çatdırılma

Təkrar keçiriləcək imtahana qeydiyyat başladı

Sosial

21 May 2026 10:58 93


İyunun 14-də keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak etmək üçün qeydiyyat başlayıb. 

Bu barədə "Yeni Sabah"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, bakalavrların ərizə qəbulu mayın 23-ü saat 23:59-dək internet vasitəsilə aparılır. Toyuqlu pizza

İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək.

Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.

Qeydiyyat linki: https://eservices.dim.gov.az/erizemag/erize

Qeyd edək ki,  17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Xatırladaq ki, Qəbul imtahanında 2 və ya 3 dəfə iştirak etmiş bakalavrlar ixtisaslaşma seçimi zamanı müsabiqə şərtlərini ödəyən ən yüksək nəticələrini seçə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!