Mahmud Əhmədinejadın başı bəlada -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Mahmud Əhmədinejadın başı bəlada - VİDEO

Dünya

21 May 2026 09:49 132


“New York Times” qəzetinin Mahmud Əhmədinejad barədə iddiasından sonra onun bir bəyanatını əks etdirən video yenidən paylaşılır.

“Yeni Sabah” xəbər verir ki, həmin bəyanatında İranın sabiq prezidenti bildirib:

“Kəşfiyyat Nazirliyində (“Ettelaat”) İsrailə qarşı əməliyyatlara məsul olan şəxsin İsrail casusu olduğu aşkarlanıb”. pizza sifarişi

Xatırladaq ki, ABŞ nəşri ABŞ-İsrail təcavüzü zamanı M.Əhmədinejadın iqtidara gətirilməsi planı olduğunu iddia edib.

39 günülük müharibə zamanı Əhmədinejadın evi bombalanıb və 3 mühafizəçisi öldürülüb.

Hərbi əməliyyatlar zamanı ABŞ Prezidenti Donald Trampın “İranın daxilində bir nəfər”lə əlaqə saxlanıldığını və onun hakimiyyətə gələcəyini bildirmişdi.

Bir çox fərziyyələrdə həmin şəxsin Məhəmməd Baqer Qalibaf və ya Həsən Ruhani olduğu iddia olunurdu.

Hazırda bir çoxları başqalarını casusluqda ittiham edən Əhmədinejaddan izah gözləyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!