Ərdoğan Tramp arasında mühüm telefon danışığı baş tutdu

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Tramp arasında mühüm telefon danışığı baş tutdu

Siyasət

20 May 2026 22:57 151


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donalt Tramp ilə telefonla danışıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Qeyd olunub ki, liderlər ölkələr arasında mövcud münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Dominos pizza

Türkiyə lideri ABŞ-nin İranla atəşkəsin uzadılması qərarını müsbət bir addım kimi qiymətləndirib, mübahisəli məsələlərdə ağlabatan həll yolunun mümkünlüyünə dərindən inandığını və ortaya qoyulan konstruktiv təşəbbüslərə dəstəyini davam etdirəcəyini ifadə edib.

Ərdoğan həmçinin Suriyada sabitlik mühitinin bərqərar olmasının bütün region üçün mühüm bir nailiyyət olduğunu, Ankaranın Dəməşqə yönəlmiş dəstəyinin fasiləsiz davam edəcəyini, həmçinin Livandakı vəziyyətin pisləşməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.

Türkiyənın dövlət başçısı həmçinin, ABŞ-nin San-Dieqo şəhərindəki məscidlərdən birinə edilən hücumla bağlı Trampa başsağlığı verib və Ankaranın hansı dini qrupa qarşı törədilməsindən asılı olmayaraq, bu növ nifrət cinayətlərinə qətiyyətlə qarşı olduğunu vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!